İstanbul Baş Prokurorluğunun keçirdiyi əməliyyat nəticəsində "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 19 nəfər saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əməliyyatın ilkin mərhələsində silahlı münaqişə əraziləri ilə əlaqələri üzə çıxarılan, Türkiyə üçün təhlükə sayılan 10 əcnəbi terrorçu ələ keçirilib.
Növbəti mərhələdə isə İŞİD üzvləri ilə əlaqə saxlayan, sosial şəbəkədə İŞİD təbliğatı aparan daha 9 nəfər müəyyənləşdirilərək yaxalanıb.
Şübhəlilərin saxlanılmaları üçün İstanbulun ümumilikdə 12 rayonunda 21 ünvana basqın həyata keçirilib. Hazırda istintaq tədbirləri aparılır.