Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə oktyabrın 2-də Minskə rəsmi səfərə gedib.
Senzor.az bildirir ki, Əli Əsədovu Minsk Milli Aeroportunda Belarus Baş nazirinin müavini İqor Petrişenko, xarici işlər nazirinin müavini İqor Nazaruk, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev və bir sıra rəsmi şəxslər qarşılayıblar.