
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində səfərdə olan Belçika Kralı Filip və Kraliça Matilda ilə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Dünən Qazaxıstana gələn kral və kraliçanın səfəri oktyabrın 14-dək davam edəcək.
Prezident Qasım-Jomart Tokayev, Kral Filip və Kraliça Matilda Qazaxıstan-Belçika Biznes Şurasının 4-cü iclasında və iki ölkənin Ali Təhsil Müəssisələri Rektorlarının Forumunda, eləcə də digər tədbirlərdə iştirak edəcək.
Səfərin yekunları üzrə Birgə Bəyanat qəbul olunacaq və bir sıra sənədlər imzalanacaq.