Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi aparılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu çərçivədə Ukrayna hərbi qulluqçularının bir qismi qarşı tərəfə təhvil verilib. Belarus ərazisində olan həmin şəxslərə müvafiq tibbi və psixoloji dəstək göstərilir.
Öz növbəsində Ukrayna tərəfi də bir qrup hərbi qulluqçusunu geri qaytarıb.
Bu barədə Ukraynanın Prezidenti Volodimir Zelenski “Telegram” vasitəsilə açıqlama verib.
Zelensksinin sözlərinə görə, geri qaytarılanlar arasında Silahlı Qüvvələrin, Milli Qvardiyanın, eləcə də Dövlət Sərhəd Xidmətinin 2022-ci ildən bəri əsirlikdə olan hərbçiləri var.
Ukrayna lideri onu da əlavə edib ki, əsir götürülən hərbi qulluqçular Donetsk, Zaporojye, Luqansk, Xarkov, Sumı, Çerniqov, habelə Kiyev ətrafındakı döyüşlərdə iştirak ediblər.
Volodimir Zelenski əsirlikdəki digər şəxslərin də azad edilməsi üçün tədbirlərin davam etdirildiyini açıqlayıb.
Bununla belə o, Ukraynaya təhvil verilən şəxslərin sayı barədə heç nə deməyib.