Ermənistanda “dövlət çevrilişinə cəhd işi”:
HƏBSLƏR QALSTANYANDAN SONRA DA DAVAM EDİR

Ermənistanda "Daşnaksütyun" Partiyasının üzvü İqor Sarkisyan və fəal Aqvan Arşakyan iki ay müddətinə həbs ediliblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İrəvan məhkəməsi "Müqəddəs mübarizə" hərəkatının tərəfdarı Lidiya Mantaşyan və arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi Movses Şarbatyan barəsində də iki ay müddətinə həbs qərarı verib.

 

Onlardan başqa, diakon Qrayr Akopyan və biznesmen Tiqran Qalstanyan da məhkəmənin qərarı ilə iki ay müddətinə həbs ediliblər.

 

Xatırladaq ki, dünən səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs mübarizə” hərəkatı tərəfdarlarının evlərində axtarışlar aparıblar. Onlar arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında da axtarışlar həyata keçirib, sonra onu saxlayıblar.

 

Axşam saatlarında isə məhkəmə Baqrat Qalstanyanın həbsi ilə bağlı vəsatəti təmin edib və arxiyepiskop iki ay müddətinə həbs edilib.

 

Qeyd edək ki, Ermənistanda terror aktına hazırlıq və dövlət çevrilişi cəhdi ittihamları ilə bağlı artıq 15 nəfər həbs olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.