Kərim Vəliyev Türkiyəyə getdi - BEYNƏLXALQ HƏRBİ TƏLİMLƏRİ İZLƏYƏCƏK

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin əvvəlcə İstanbul şəhərində “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləməsi, sonra isə Konya şəhərində “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirakı planlaşdırılıb.

 

Qeyd edək ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşü də nəzərdə tutulub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.