İsrailin müdafiə naziri: XAMENEİNİ ÖLDÜRMƏK İSTƏYİRDİK, İMKAN TAPA BİLMƏDİK

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.

 

Bunu İsrailin müdafiə naziri İsrael Katz “Channel 13”ə müsahibəsində deyib.

 

“Biz onu görsəydik, aradan götürərdik. Biz Xameneini öldürmək istəyirdik, amma bunun üçün heç bir əməliyyat imkanı olmadı. Lakin Xamenei bunu başa düşdü və yerin altına, çox dərinliklərə çəkildi və məhv edilən komandirləri əvəz edən komandirlərlə əlaqəni kəsdi, nəticə etibarilə bu real deyildi”, - Katz vurğulayıb.

 

Katz ABŞ-ın buna icazə verib-verməməsi ilə bağlı suala cavabında isə belə deyib: “Bizim belə şeylər üçün icazəyə ehtiyacımız yoxdur”.

 

Qeyd edək ki, müdafiə naziri müharibə vaxtı bildirirdi ki, İranın Ali Rəhbərinin öldürülməsi hərbi əməliyyatların əsas hədəflərindən biridir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.