“ABŞ və İsrail tərəfindən İranın nüvə obyektlərinə son zərbələr beynəlxalq hüququn ən təhlükəli şəkildə pozulması deməkdir”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında olan nüvə obyektlərinə son zərbələr beynəlxalq hüququn, o cümlədən Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə və 1949-cu il Cenevrə Konvensiyalarının ən təhlükəli şəkildə pozulmasıdır. Həmkarımıza (Prezident Məsud Pezeşkian) uğurlar, İran xalqına, yaxın adamlarımıza isə bu gün yaranmış bütün problemlərin öhdəsindən gəlməyi arzulayırıq. Biləsiniz ki, müqavimətinizdə tək deyilsiniz”, - deyə Lukaşenko qeyd edib.