Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərovların cənazələri Azərbaycana gətirilib.
Senzor.az bildirir ki, mərhum Səfərovların nəşini daşıyan təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Bir qədər sonra cənazələr ailə üzvlərinə təhvil veriləcək.
Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Basqın zamanı Ziyəddin və Hüseyn Səfərov döyülərək öldürülüblər. Hadisə zamanı daha bir neçə azərbaycanlı saxlanılıb.
Qətlə yetirilənlər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.


