Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə (XİN) gedib.
TASS xəbər verib ki, diplomat rəsmi çağırışdan sonra Rusiya XİN-ə gedib.
R. Mustafayevin diplomatik nümayəndəliyə gəlişinin görüntüləri də yayılıb.
...Səfir Rəhman Mustafayev Rusiya XİN-in binasını artıq tərk edib. O, görüşlə bağlı detalları açıqlamayıb.
Qeyd edək ki, Azərbaycan səfirinin Rusiya XİN-ə çağırılmasına səbəb kimi ötən gün Bakıda rusiyalı jurnalistlərin saxlanılması göstərilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) “Sputnik-Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşları olduğu bildirilib.