İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Senzor.az bildirir ki, İranın Azərbaycandakı səfirliyinin məlumatına görə, Məsud Pezeçkian iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı İƏT-in Azərbaycanda keçiriləcək Sammitinə dəvət edib.