Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın Baş prokuroru ilə Yekaterinburq və Bakıda baş vermiş hadisələrin araşdırılması ilə bağlı bütün problemli məsələləri nəzərdən keçirirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hazırda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın Baş prokuroru ilə daimi əlaqədədir, bu əlaqələr zamanı onlar problemli hesab edilən məsələləri araşdırırlar", - deyə o qeyd edib.