"Sülh və inkişafın təməli əsasən iqtisadi əməkdaşlıqdır. Təşkilatın orta və uzun inkişaf hədəflərini müəyyən etməliyik".
Senzor.az bildirir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
Prezident bir neçə təkliflə çıxış edib: "Biz süni intellekt və rəqəmsal bacarıqların gücləndirilməsinə diqqət etməliyik. Elektron ticarətin inkişafı yaxşı olmalıdır. Ölkələrimiz arasında qarşılıqlı ticarət həcmi aşağıdır. Ötən il bu göstərici 95 milyard dollar olub. Bu il Daşkənddə ticarət nazirlərimizimn iclasının keçiriməsini təklif edirik.
Bundan başqa, yaşıl dəhlizin yaradılması yaxşı olar. Eyni zamanda, "ECO invtest" proqramını qəbul edərək intestisiya layihələrini inkişaf etdirməliyik. Son baş verənlər alternativ nəqliyyat dəhlizlərinin önəmini bir daha artırıb. Fikrimcə, rəqəmsal nəqliyyat və gömrük ofisinin yaradılması vacibdir. Hesab edirəm ki, sözügedən sahədə əlaqələri rəqəmsal səviyyədə edəcəyik. Bundan başqa, biz Səmərqənddə milli hava xidmətlərinin iclasının keçirilməsini təklif edirik".