Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndə heyəti İmralı həbsxanasında PKK terror təşkilatının qurucusu Abdullah Öcalanla görüşüb.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, görüş PKK-nın özünü ləğv edərək tərksilah olması üzrə aparılan terrorsuz Türkiyə diplomatiyası çərçivəsində keçirilib.
İmralıya gedən DEM heyəti Pervin Buldan, Mithat Sancar və Özgür Faik Eroldan ibarət olub.
Bildirilir ki, görüş 2.5 saat davam edib. Görüşlə bağlı yazılı açıqlamanın veriləcəyi vurğulanıb.
Qeyd edək ki, bu, DEM üzvlərinin 2024-cü ilin dekabrından bəri Öcalanla sayca beşinci görüşü olub.
Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah DEM partiyasının nümayəndə heyəti ilə görüşəcək.