İrana qarşı birtərəfli ABŞ sanksiyalarını ləğv etmək istərdim.
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bizim İrana qarşı ağrılı, çox ağrılı sanksiyalarımız var. Mən münasib vaxtda bu sanksiyaları ləğv etmək, onlara (iranlılara - red.) bərpa üçün şans vermək imkanına sahib olmaq istərdim", - Vaşinqton administrasiyasının başçısı Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Mən İranın dinc şəkildə bərpa olunmasını istərdim, onların etdiyi kimi “Amerikaya ölüm, ABŞ-a ölüm, İsrailə ölüm" şüarları səsləndirilməsini yox”, - Tramp qeyd edib.