Düşənbədə yüksək səviyyəli danışıqların başa çatmasından sonra Tacikistan Prezidenti Emoməli Rəhmon və Qırğızıstan Prezidenti Sadır Japarov iki ölkənin dövlət sərhədində yeni "Tocvaron – Karamik" keçid məntəqəsinin açılış mərasimində onlayn iştirak ediblər.
Senzor.az bildirir ki, bu barədə Tacikistan və Qırğızıstan KİV-ləri məlumat yayıblar.
Qeyd olunub ki, məsul qurumlar dövlət başçılarına infrastrukturun işə salınmağa tam hazır olduğunu bildiriblər.
Prezidentlər rəsmi olaraq keçid məntəqəsinin açılmasına icazə veriblər.