PKK terror təşkilatının lideri Abdullah Öcalanın kürd yaraqlılarını bir daha silahı yerə qoymağa çağıracağı gözlənilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Öcalan 48 saat ərzində silahı yerə qoyması gözlənilən PKK-ya növbəti çağırış edəcək.
Öcalanın “Bir an əvvəl mexanizmlər qurulsun, silahları yerə qoyun” deməsi gözlənildiyi öyrənilib.
Xatırladaq ki, 2024-cü il oktyabrın 22-də “İmralı prosesi”nə MHP sədri Dövlət Baxçalı start verib. Baxçalının terror təşkilatı PKK-nın lideri Öcalanı silahları buraxmağa çağırması ilə başlayan proses DEM Partiyasının İmralı Heyətinin yaradılması ilə davam edib.
Proses ən kritik mərhələyə çatıb. Terror təşkilatı Öcalanın çağırışı ilə dağılmaq qərarına gəlsə də, silahların fiziki olaraq nə vaxt yerə qoyulacağı maraqla qarşılanıb.
Terror təşkilatının silahları İraqın Süleymaniyyə şəhərində təhvil verəcəyi öyrənilib. MİT-in koordinasiyasında həyata keçiriləcək əməliyyatda alınacaq silahların yandırılaraq məhv ediləcəyi öyrənilib. Silah qoyma mərasimi canlı yayımlanmayacaq və mətbuat mənsubları ora buraxılmayacaq.