Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunacağını gözləyirik.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda deyib.
“Ümid edirəm ki, sülh sazişi tezliklə bağlanacaq”, - o bildirib.
Rubio həmçinin, Hindistanla Pakistan, Konqo DR ilə Ruanda arasında münaqişənin sona çatmasından danışıb. Bununla yanaşı, İranın nüvə proqramı ətrafındakı vəziyyətə toxunub.