Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Prezident Volodimir Zelenskiyə hesabat verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Zelenski bu barədə xalqa axşam müraciətində danışıb.
"Bu gün Baş Kəşfiyyat İdarəsinin rəhbərinin Rusiyanın zəif nöqtələri ilə bağlı məruzəsi oldu. Biz mübadilə prosesini də müzakirə etdik, o davam edir - Türkiyədə keçirilən ikinci görüşdən əldə olunan razılaşmaların həyata keçirilməsi... Biz çalışırıq ki, mümkün qədər çox insanımızı rus əsirliyindən azad edək", - Zelenski bildirib.