PKK döyüşçülərinin bir qrupu iyulun 11-də Süleymaniyyə şəhərində tərksilah olunacaq.
Senzor.az Türkiyə KİV-ə istinadən bildirir ki, bu barədə tərksilah prosesinə vasitəçilik edən DEM partiyasının sözçüsü Ayşegül Doğan məlumat verib.
“DEM Partiyası olaraq 11 iyul tarixində Süleymaniyyədə bir qrup PKK üzvünün iştirakı ilə keçiriləcək əsas mərasimə şahidlik etmək üçün orada olacağıq”, – deyə o qeyd edib.