ABŞ Qırğızıstan vətəndaşlarına əlavə viza məhdudiyyətləri tətbiq edib
BİŞKEKDƏN REAKSİYA

ABŞ Dövlət Departamentinin dərc etdiyi məlumata görə, bu həftə Qırğızıstan Respublikası vətəndaşlarına qeyri-immiqrasiya vizalarının verilməsinə yeni məhdudiyyətlər tətbiq edilib.

 

“Kabar” agentliyi xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyi bəyanatında bu tədbirlərin ABŞ tərəfindən birtərəfli qaydada və əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirildiyini, belə bir addımın narahatlıq doğurduğunu və diplomatik dialoq çərçivəsində aydınlaşdırma tələb etdiyini vurğulayıb.

 

Qırğızıstan Xarici İşlər Nazirliyi qeyd edib: “Bununla əlaqədar Qırğızıstan Respublikası xarici işlər nazirinin müavini Almaz İmanqaziyev və Amerika Birləşmiş Ştatlarının Qırğızıstan Respublikasındakı səfiri Lesli Viqeri arasında yaxın vaxtlarda görüş keçiriləcək. Görüş zamanı məhdudiyyətlərin tətbiq edilməsinin səbəbləri, onların yumşaldılmasının mümkün yolları, həmçinin gələcəkdə oxşar halların qarşısının alınması üçün tədbirlərin müzakirə edilməsi planlaşdırılır”.

 

Bildirilir ki, Qırğızıstan Xarici İşlər Nazirliyi Amerika tərəfi ilə konstruktiv qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir və ölkə vətəndaşlarının xaricdə hüquq və mənafelərinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.