"Türkiyə Əbu-Dabidə başlamış Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını yaxından izləyir".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla telefon danışığında deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Qafqazda əmin-amanlığın təmin edilməsinə yönəlmiş səyləri dəstəkləməyə davam edəcək.
Ərdoğan eyni zamanda “Terrorsuz Türkiyə” prosesi ilə terrorun həm Türkiyənin, həm də bölgənin gündəmindən tamamilə çıxarılması istiqamətində əhəmiyyətli bir addım atdıqlarını və bu prosesin qətiyyətlə davam etdiriləcəyini bildirib.
Al Nahyan da Türkiyənin “Terrordan azad Türkiyə” hədəfinin regional təhlükəsizliyə əhəmiyyətli töhfə verəcəyini bildirib və Ankaranın bu prosesi uğurla başa vuracağına ümid etdiyini nəzərə çatdırıb.
Ərdoğan həmçinin Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı strateji tərəfdaşlığın müsbət təsirinin hər sahədə özünü göstərdiyini və iki ölkənin müdafiə sənayesi və yeni texnologiyalar başda olmaqla bir çox sahələrdə böyük potensiala malik olduğunu vurğulayıb.