Kiyevdə ukraynalı polkovniki güllələyən azərbaycanlılar... NECƏ ÖLDÜRÜLDÜLƏR?
FOTO/VİDEO

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) polkovniki İvan Voroniçin qətlində təqsirləndirilən Azərbaycan vətəndaşları Nərmin Quliyeva və Xaqani Gülalızadə öldürülüblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk məlumat verib.

 

Onun sözlərinə görə, hadisə təhlükəsizlik qüvvələrinin və yerli polisin onları saxlamaq istədiyi əsnada baş verib. 

 

Məlumata əsasən, 1991-ci il təvəllüdlü Nərmin Quluyeva ilə 1981-ci il təvəllüdlü Xaqani Gülalızadə Azərbaycan vətəndaşlarıdır. Nərmin Quliyeva 2025-ci il mayın 15-də Moldovadan Ukrayna ərazisinə keçib. Xaqani Gülalızadənin isə əvvəllər cinayətkar qrupla əlaqəsi aşkarlandığı üçün 2030-cu ilədək Ukraynaya girişi məhdudlaşdırılıb. Bu qadağaya baxmayaraq, o, Kiyevə gedib. Adıçəkilən polkovnikin qətli Nərmin Quliyevanın təşkilatçılığı ilə həyata keçirilib.

 

İyulun 10-u səhər saatlarında UTX-nın ali rütbəli nümayəndəsi, polkovnik İvan Voroniç paytaxt Kiyevin Qoloseyevski rayonundakı evindən çıxıb öz avtomobilinə tərəf gedərkən maskalı şəxs tərəfindən güllələnib. O, hadisə yerindəcə dünyasını dəyişib. 

Polkovnikin ölməsi barədə məlumatı sabiq deputat İqor Mosiyçuk yayıb. Onun sözlərinə görə, Voroniç UTX-nın Xüsusi Əməliyyat Mərkəzinin 16-cı idarəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. Kəşfiyyat zabiti Roman Çervinski xəbəri təsdiqləyərək, hadisəni "düşmən qatil tərəfindən qətl" adlandırılıb. Çervinski vurğulayıb ki, həmkarı Voroniç "Rusiyaya qarşı mübarizənin" fəal iştirakçısı olub...

 

Yeri gəlmişkən, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Vasili Malyuk onu da bildirib ki, əməliyyata şəxsən rəhbərlik edib.

 

Axar.az-ın əməkdaşı Şeyx Teymurun yazdığı kimi, “bütün bu informasiyalar və qatil olduqları bildirilən şəxslərin zərərsizləşdirilməsinə aid məqamlar və fotolar bəzi suallar doğurur:

 

1. Voroniç Rusiyanın dərinliklərində həyata keçirilən məşhur dron əməliyyatının müəlliflərindən sayılır, ancaq bundan öncə onun adı heç vaxt əsas şəxs olaraq çəkilməyib. Rusiya niyə məhz onu sifariş edib?

 

2. Voroniç xüsusilə önəmli şəxs olubsa, döyüş hazırlığı keçdikləri haqda heç bir məlumat olmayan azərbaycanlı ər-arvad ona necə yaxınlaşa bilib?

 

3. Ukrayna kəşfiyyatının yüksək çinli zabiti və böyük əməliyyatın əsas açar şəxsi olaraq Voroniç qorunmayıbmı? Bu, mühüm əməliyyatlarda iştirak edən kəşfiyyat zabiti iki azərbaycanlı diletantdan öz-özünü qoruya da bilməyib?

 

4. Azərbaycanlı ər-arvad mart ayında ölkəyə daxil olub, iyula qədər harda yaşayıblar və onların rus kəşfiyyatı ilə əlaqəsi necə qurulub?

 

5. Rus kəşfiyyatı “səsboğucusu olan tapançanın” yerini onlara veribsə, demək, ər-arvad silahsız olublar və yalnız bir tapançaları olub. Qətl törədəndən sonra həmin tapançanı özlərindəmi saxlayıblar? Niyə “qətl sübutu”ndan can qurtarmayıblar? 

6. Yerləri təsbit ediləndən sonra “silahlı müqavimət” göstəriblər. Amma öldürüldüklərini əks etdirən fotoda onların yaxınlığında, əllərində hər hansı silah yoxdur. Əgər yüngül silah – qətldən sonra atmadıqları tapança olubsa, onun 5-10 gülləsini boşaltmağını gözləyib, “qatilləri” sağ ələ keçirmək və bütün şəbəkəni ifşa etmək Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Malyukun rəhbərlik etdiyi əməliyyata yaraşan bir addım olardı. Niyə onlar sağ ələ keçirilməyib?

 

7. Onların hansı silahlarla müqavimət göstərdiyi haqda informasiya və foto niyə yoxdur?

 

8. “Qatillərin yeri təsbit edildikdən sonra” müqavimət göstəriblər. Ancaq yayılan fotoda onların heç də qapalı yerdə olmadığı, zirehli geyim geymədikləri görünür: adi cins, futbolkada, həm də açıq havada olublar.

 

9. Qətlə yetirilənlərin təqdim edilən iki fotosuna baxanda, ağ rəngli çiyin çantasının fərqli şəkildə dayandığı görünür, həmçinin yerdəki ağacın da. Bu isə onların öldürülməsindən sonra şəkil çəkilərkən “istintaq ərazisinin” və yaxud “hadisə yerinin” müdaxiləyə məruz qaldığını göstərir. Niyə bu açıq müdaxilə edilib?

 

10. Ağzıüstə yıxılan Xaqanidən fərqli olaraq, Nərminin hər iki əli görünür – nə əlində, nə də ətrafında silah var. Ən azı Nərmini qətlə yetirməmək mümkün idimi? Nərminin sağ ələ keçirilməsi Ukrayna kəşfiyyatı üçün niyə vacib olmasın?”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.