Azərbaycan tikinti sənayesində BİR İLK
FOTO

İyulun 11-i İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq forum təşkil olunub.

 

Senzor.az bildirir ki, forumda dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və yerli sahibkarlar iştirak ediblər.

 

Forum çərçivəsində ölkəmizdə ilk dəfə həyata keçirilən “Sənaye 4.0-a Hazırlıq Proqramı”nın pilot mərhələsi ilə bağlı təqdimatda, yerli sənaye müəssisələrində rəqəmsal transformasiyanın tətbiqi istiqamətində görülən işlər qonaqların diqqətinə çatdırılıb.

 

Layihənin pilot mərhələsinə seçilən sənaye müəssisələri rəqəmsal transformasiyanın tətbiqi istiqamətində beynəlxalq təcrübəyə malik “McKinsey & Company” konsaltinq şirkəti ilə əməkdaşlıq edib və bu əməkdaşlıq çərçivəsində hər bir müəssisə üçün yol xəritəsi hazırlanıb.

 

Pilot mərhələnin icrası üçün seçilmiş müəssisələrdən biri olan METAK şirkəti bu prosesə fəal şəkildə qoşulub, artıq zavodda rəqəmsal transformasiyanın tətbiqinə başlanılıb. METAK-ın pilot müəssisə kimi seçilməsi təsadüfi deyil. Bu qərar, şirkətin 28 illik sənaye təcrübəsi, insan resurslarının səmərəli idarə olunması sahəsindəki uğurlu fəaliyyəti, eləcə də rəqəmsal transformasiyanın həyata keçirilməsi üçün mövcud olan ilkin texnoloji bazası nəzərə alınaraq verilib.

 

METAK şirkətinin təsisçisi Alik Kərimov forumdakı çıxışında bildirib: “Bu proqramın müəssisəmizin fəaliyyətinə və məhsuldarlığına verdiyi müsbət təsir artıq hiss olunur. Ölkədə bu sahədə ilk şirkətlərdən biri olmaq bizim üçün həm böyük məsuliyyət, həm də güclü motivasiyadır”.

 

METAK şirkəti öz fəaliyyətini həm yerli, həm də beynəlxalq səviyyədə “Made in Azerbaijan” brendi altında uğurla davam etdirir və ölkə sənayesində innovasiya yönümlü yanaşması ilə hər zaman seçilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.