Özbəkistan, Pakistan və Əfqanıstan Trans-Əfqan dəmir yoluna dair SƏNƏD İMZALADILAR

Özbəkistan, Əfqanıstan və Pakistan Kabildə Trans-Əfqan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair üçtərəfli çərçivə Sazişi imzalayıblar.

 

“Gazeta.uz” internet nəşri xəbər verir ki, sənədi üç ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Özbəkistanın nəqliyyat naziri, Əfqanıstanın ictimai işlər naziri və Pakistanın dəmir yolları naziri imzalayıblar.

 

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov “Telegram” kanalında yazıb: “Özbəkistan, Əfqanıstan və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü qarşılıqlı etimad, mehriban qonşuluq və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində irəliyə doğru atılmış tarixi addımdır”. O, bu görüş çərçivəsində mühüm nəqliyyat sazişinin imzalanmasını əlamətdar hadisə adlandırıb.

 

“Özbəkistan-Əfqanıstan-Pakistan arasında Trans-Əfqan dəmir yolu bütün Avrasiya üçün strateji əhəmiyyətə malikdir. Bu dəhliz ticarəti yaxşılaşdıracaq, Əfqanıstanın iqtisadi dirçəlişini dəstəkləyəcək və cənub limanları vasitəsilə dünya bazarlarına yeni marşrutlar açacaq”, - deyə nazir vurğulayıb.

 

Azərtac xatırladır ki, hələ 2021-ci ilin fevralında Özbəkistan, Əfqanıstan və Pakistan Daşkənddə Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolunun tikintisinə dair yol xəritəsi imzalayıblar. Layihənin may ayında hazırlanması, yolun tikintisinə isə 2021-ci ilin sentyabrında başlanması nəzərdə tutulurdu. Lakin Əfqanıstanda hakimiyyət dəyişikliyi layihəni ləngitdi. Buna baxmayaraq, dekabr ayında Əfqanıstanın müvəqqəti hökuməti layihəyə qoşuldu. 2022-ci il iyulun 18-də Trans-Əfqan dəmir yolu marşrutunun müəyyən edilməsi və layihənin texniki-iqtisadi əsaslandırılması üçün bu ölkənin ərazisində ekspedisiya işlərinə başlanılıb.

 

Özbəkistanın “Boshtransloyiha” institutu yolun tikintisinin dəyərini 4,6 milyard dollar, Pakistan isə 8,2 milyard dollar qiymətləndirib. Medianın məlumatına görə, layihənin dəyəri 4,8-6 milyard dollar arasında qiymətləndirilir. O, tranzit potensialı ildə 20 milyon tona qədər olan 573 kilometrlik avtomobil yolunun tikintisini nəzərdə tutur. Yeni nəqliyyat dəhlizi Avropa İttifaqı, Rusiya, Özbəkistan, Əfqanıstan, Pakistan, Hindistan və daha sonra Cənub-Şərqi Asiya ölkələrini birləşdirməlidir. Eyni zamanda, xətt həm yük, həm də sərnişin daşımalarını dəstəkləyəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.