Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam və Xocalı rayonlarında olub.
Senzor.az bildirir ki, dövlət başçısı əvvəlcə Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının, eləcə də Qiyaslı kəndindəki tarixi məscid binasının (bərpadan sonra) açılışlarında iştirak edib.
Xocalıda isə Azərbaycan lideri Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, Xocalı kərpic zavodunun açılışında iştirak edib və Xanyurdu kəndində sakinlərlə görüşüb.
Həmin tədbirlərdən hazırlanmış videomaterialları təqdim edirik: