Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındırlar.
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp amerikalı senatorlarla şam yeməyində deyib.
Trampın çıxışı Amerika telekanalları tərəfindən yayımlanıb.
Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıq əldə olunub.