İlham Əliyev Trampa təşəkkür etdi - ŞUŞA FORUMUNDAKI ÇIXIŞINI PAYLAŞDIĞINA GÖRƏ
YENİLƏNİB, FOTO/VİDEO


Azərbaycan lideri İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidenti “X” hesabındakı paylaşımında yazıb.

 

“Mən ABŞ-Azərbaycan əməkdaşlığı və onun dünyada və regionumuzda sülh gündəliyinə bağlılığı ilə əlaqədar Şuşa Qlobal Media Forumunda bəyan etdiyim fikirlərimi öz sosial şəbəkə platformasında paylaşdığı üçün Prezident Donald Trampa təşəkkürümü bildirirəm. Bir daha mən Prezident Trampın regionumuz da daxil olmaqla, dünyada sülh və stabilliyin yayılması ilə bağlı baxışı və səylərinə olan dəstəyimizi vurğulamaq istəyirəm. Biz həm də ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və ümidvarıq ki, ABŞ-Azərbaycan əlaqələri onun prezidentliyi dövründə yeni səviyyəyə qalxacaq. Biz ona öz məqsədinə doğru bütün səylərində davamlı nailiyyət arzulayırıq”, - paylaşımda deyilir.



**09:00


ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin "lll Şuşa Qlobal Media Forumu"ndakı çıxışından paylaşım edib.

 

Senzor.az bildirir ki, paylaşılan videoda Prezident İlham Əliyevin Donald Trampla bağlı fikirləri yer alıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışında D.Tramp və ABŞ-Azərbaycan münasibətləri haqqında deyib: "Kiçik bir dəqiqləşdirmə etmək istərdim, mən ABŞ Prezidenti Donald Trampın qələbəsini proqnozlaşdırmırdım, dedim ki, bu, Azərbaycan xalqı üçün daha məqbul olardı. Çünki Azərbaycan xalqı kimi o da fundamental prinsiplərə, ailə prinsiplərinə, dəyərlərinə sadiqdir".

 

Dövlət başçısı qeyd edib ki, Tramp müharibə başlatmayan yeganə ABŞ Prezidentidir: "Onun hakimiyyətdə olduğu qısa müddətdə görünür ki, bu İnsan müharibələri bitirir".

 

İlham Əliyev vurğulayıb ki, Azərbaycan ABŞ-a Cənubi Qafqazdakı proseslərə diqqət yetirdiyi üçün minnətdardır: "Biz ona şəxsən Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək istəyinə görə çox minnətdarıq, baxmayaraq ki, o, beynəlxalq təhlükəsizliyin daha qlobal məsələləri ilə məşğuldur. Cənubi Qafqazdakı vəziyyəti də diqqət mərkəzində saxlayır. Biz Azərbaycanda, əlbəttə ki, onun bir çox səbəblərdən qalib gəlməsinə şadıq və təbii ki, ona işini sona çatdırmağını arzulayırıq".

 

ABŞ liderinin "Truth Social" şəbəkə hesabındakı paylaşımını təqdim edirik:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.