Azərbaycanın Gürcüstandakı səfirliyinə Tbilisinin Qorqasali küçəsində 69 kvadrat metr sahəyə malik torpaq sahəsi verilib.
Bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.
Sənədə əsasən, səfirlik qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 49 il müddətinə təmənnasız istifadə hüququna malik olacaq.
Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyinə qeyd olunan hüququn təqdim olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün icazə verilib.
Teleqraf xatırladır ki, qonşu ölkədə səfirliyimiz 1996-cı ilin martın 5-də fəaliyyətə başlayıb. Diplomatik nümayəndəliyin binası Qorqasali küçəsi 4 ünvanında yerləşir.