Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Senzor.az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Şelburn” kollektivinin qonağı olub.
Dublində yerləşən “Tolka Arena”da keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarına 13-cü dəqiqədə Leandro Andrade, 80-ci dəqiqədə Aleksey Kaşuk, 85-ci dəqiqədə Nəriman Axundzadə imza atıblar.
Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
**10:16(23.07.2025)
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Senzor.az bildirir ki, komanda İrlandiyanın “Şelburn” kollektivinin qonağı olacaq.
Dublindəki “Tolka Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Ante Çulinanın rəhbərliyi ilə Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək.