Vaşinqton və Təl-Əvivin Tehranla münaqişəsi ABŞ-ın raket arsenalında ciddi problemləri üzə çıxarıb.
Bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
"Müharibə ABŞ-ın tədarükdə qorxuducu çatışmazlığını ortaya çıxardı. Vaşinqton, həmçinin raketdən müdafiə sistemlərinin işində problemlər aşkarlayıb və indi ələ keçirilən bəzi qurğuların effektivliyini qiymətləndirir", - deyə materialda qeyd olunub.
Nəşrin məlumatına görə, Pentaqonun bəzi planlaşdırma üzrə mütəxəssisləri ABŞ qoşunlarını Rusiya, Çin və ya Şimali Koreyanın hədəfli hücumlarından qorumaq üçün nəzərdə tutulmuş raketdən müdafiə sisteminin müasir reallıqlara uyğun gəlməməsindən şikayətlənirlər. Belə ki, uzun mənzilli silahlardan arsenalda olan əsasən ucuz və irihəcmli ballistik raketlərdir.