Çin yeni beynəlxalq təşkilat yaratmağı təklif edib.
"Reuters" xəbər verir ki, bu təşəbbüslə Çinin Baş naziri Li Çianq çıxış edib.
O, Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında Çinin bu sahədə əməkdaşlıq üçün beynəlxalq təşkilat yaratmaq təşəbbüsünü açıqlayıb.
Baş nazir vurğulayıb ki, süni intellekt texnologiyalarını tənzimləmək üçün qlobal səyləri əlaqələndirməyə ehtiyac var.