Rusiyada "İlya Muromets" adlı yeni, ağır çəkili, pilotsuz hava aparatı üzərində iş aparılır.
“Defense Express” nəşrinin yazdığına görə, layihəni həyata keçirən “Spektr” konstruktor bürosu bildirib ki, bu dron döyüş xəttindən ağır yaralıların təxliyəsi üçün nəzərdə tutulub və ona xüsusi polimer örtüklə “stels” (radara görünməzlik) texnologiyası tətbiq olunacaq.
Qeyd olunur ki, dronun daşıyacağı konteynerlər kompozit materiallardan hazırlanacaq və həyat təminatı sistemləri ilə təchiz olunacaq.
Lakin ekspertlər bu layihə ilə bağlı bəzi suallar doğuran məqamlara diqqət çəkiblər. Əsas narahatlıq isə dronun maksimum 100 kiloqram yük daşıya bilməsidir. Bu isə yaralı bir əsgərin və əlavə avadanlığın daşınmasında ciddi məhdudiyyət yarada bilər.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, bu məqsədlə ayrıca dron yaratmaq əvəzinə, mövcud güclü kopterlərin uyğunlaşdırılması daha məqsədəuyğun ola bilərdi.