Ukrayna Azərbaycandan qaz almağa başladı – İLK DƏFƏ

Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi ilə Azərbaycan qazını idxal edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Sergey Koretski məlumat verib.

 

"Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi ilə Azərbaycan qazını idxal edir. SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Ukraynadakı törəmə şirkəti "SOCAR Energy Ukraine" ilə qazın alqı-satqısına dair ilk müqavilə bağlanıb”, - deyə o, "Facebook" hesabında yazıb.

 

“Bu, kiçik həcmli, lakin strateji baxımdan mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Eyni zamanda, təchizat mənbələrinin diversifikasiyası və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində daha bir nümunədir”, – deyə S.Koretski vurğulayıb.

 

Qeyd edək ki, qaz Trans-Balkan dəhlizi ilə - Bolqarıstan-Rumıniya-Ukrayna marşrutu ilə tədarük ediləcək. İyunun əvvəlində SOCAR Almaniyanın SEFE dövlət şirkəti ilə ildə 1,5 milyard kubmetr tədarükü üçün çoxillik müqavilə imzalayıb və 2024-cü ildə Azərbaycan Avropaya 12,9 milyard kubmetr qaz ixrac edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.