Vardan Oskanyandan Zəngəzur açıqlaması: UDUZDUQ

“Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ideyasını qanuniləşdirib”.

 

Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib.

 

Diplomat İrəvanın Zəngəzur dəhlizi məsələsində Bakıya uduzduğunu qeyd edərək, Azərbaycanın bu tələbinin qəbul edilməsini “məğlubiyyət” adlandırıb.

 

“Paşinyan və hökuməti dəhliz ideyasını nəinki rədd etmədi, əksinə, susqunluq, ziddiyyətli bəyanatlar və güzəştlərlə qanuniləşdirdi. Ermənistanın diplomatik mövqeləri itirilib, həm də Azərbaycanın gələcək tələblərinə, o cümlədən Sünik ərazisindən (Qərbi Zəngəzur) suveren dəhliz ideyasına müqavimət göstərmək üçün hüquqi və mənəvi əsaslar məhv edilib”, - sabiq nazir bildirib.

 

Oskanyan əlavə edib ki, Bakının bu tələbini qəbul edən İrəvan Qərbi Zəngəzurdan Şərq-Qərb ticarət marşrutlarına xidmət etmək üçün həyati bir yol kimi danışmağa başlayıb.

 

Xatırladaq ki, sabiq nazir hazırda “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi komitəsi” adlı qondarma quruma rəhbərlik edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.