Ukrayna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə hazırlıq görür, bu, müharibənin başlamasından bəri onun bu ölkəyə ilk səfəri olacaq.
Bunu Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “RBK-Ukrayna”ya müsahibəsində deyib.
Səfərin əsas mövzusu ölkələr arasında azad ticarət sazişinin ratifikasiyası ilə bağlı ola bilər.
Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərinin təşkili üzərində fəal şəkildə işləyir. Ərdoğana şəxsi dəvəti Prezident Volodimir Zelenski çatdırıb və diplomatın qeyd etdiyi kimi, o özü Türkiyə lideri ilə son görüşü zamanı bu dəvəti təsdiqləyib.
"Bu səfər böyük səylər tələb edir, çünki onun həyata keçirilməsinə mane olan bir çox məsələlər var", - N.Cəlal vurğulayıb.