Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyənin Ali Hərbi Şurası toplanacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasda vəzifə yüksəlişləri, təqaüdə çıxma və hərbi xidmət müddətinin uzadılması məsələlərinə baxılacaq.
Türkiyə Silahlı Qüvvələrinin Personal Qanununa əsasən, 75 yaşlı general və admirallar üçdə iki səs çoxluğu ilə daha bir il xidmət apara biləcəklər.