Trampın təsdiq etdiyi tariflər QÜVVƏYƏ MİNDİ

ABŞ Prezidenti Donald Tramp təsdiq edib ki, qarşılıqlı tariflər avqustun 7-də gecəyarısı (Bakı vaxtı ilə 08:00) qüvvəyə minib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social”da yazıb.

 

“Qarşılıqlı tariflər gecəyarısı qüvvəyə minib”, - deyə o vurğulayıb.

 

Trampın fikrincə, idxal tarifləri Amerika iqtisadiyyatına, ilk növbədə, illərdir ABŞ-la ticarət əlaqələrindən sui-istifadə edən ölkələrdən milyardlarla dollar cəlb edəcək.

 

Qeyd edək ki, Tramp avqustun 1-də 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb.

 

Ən yüksək tariflər Suriya (41%), Laos (40%), Myanma (40%), İsveçrə (39%), İraq (35%) və Serbiya (35%) kimi ölkələr üçün müəyyən edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.