Mahmud Abbas BMT Baş Assambleyasının iclasında
FƏLƏSTİN DÖVLƏTİNİ ELAN EDƏCƏK

Fələstin prezidenti Mahmud Abbas sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında Muxtar Vilayətin dövlətə çevrilməsini birtərəfli şəkildə elan etməyi nəzərdən keçirir.

 

Bu barədə "Al-Araby Al-Jadeed" nəşri məlumat yayıb.

 

Nəşrə görə, bu addım dövlətin sərhədlərini və əsaslarını müəyyənləşdirəcək konstitusiya bəyannaməsinə əsaslanacaq. M.Abbas tərəfindən elan ediləcək bu bəyannamə Fələstin konstitusiyası təsdiqlənənə qədər dövlətin sərhədlərini, xarakterini, məzmununu və konstitusiya əsaslarını müəyyənləşdirəcək.

 

M.Abbas iyulun 20-də Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsi ilə görüşündə ilin sonuna qədər yeni Fələstin Milli Şurasının seçkilərinin keçiriləcəyini elan edib. Fələstin rəsmilərinə görə, bu qərar Fələstin dövlətinin tanınması üçün beynəlxalq dəstəyi gücləndirmək”məqsədi daşıyır.

 

Yeni Şura 350 üzvdən ibarət olacaq: 200 nəfər İordan çayının qərb sahili, Qəzza və Qüdsdən, 150 nəfər isə İsrail xaricindən seçiləcək. 

 

Rəsmi Fələstin xəbər agentliyi "WAFA"nın məlumatına görə, seçkilərdə iştirak etmək istəyən namizədlər Fələstin Azadlıq Təşkilatının siyasi platformasına, beynəlxalq öhdəliklərinə və BMT qətnamələrinə sadiq olmalıdır.

 

Yeri gəlmişkən, Muxtariyyətin dövlətə çevrilməsi vaxtı ilə bağlı mənbə "Al-Araby Al-Jadeed" nəşrinə bildirib ki, bu məsələ hələ 2015-ci ildə araşdırılıb və gündəmə gətirilib, lakin prezident Abbas bu prosesi səbəb göstərmədən dayandırmışdı: “Lakin düşünürəm ki, prezidentin bu məsələyə, yəni muxtariyyətin dövlətə çevrilməsi ideyasına bu gün qayıtmasının iki səbəbi var: birincisi, Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınması istiqamətində uğurlu kampaniyadan yaranan impulsdan istifadə etmək; ikincisi, İsrailin işğal olunmuş İordan çayının Qərb sahilini anneksiya (birləşdirmə - red.) etmək qərarına cavab vermək. Bu səbəbdən rəhbərlik qarşısında vacib sual dayanır: nə üçün biz İsrailin bütün təhdidlərini reallaşdırmasını və Qərb sahilini tam şəkildə işğal etməsini gözləməliyik?”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.