Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinhu “İc Qrant Tekstil” şirkətinin rəhbərliyindən müqaviləyə yenidən baxılmasını tələb edən hindistanlı işçilərin tətili ilə əlaqədar İcevandadır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şirkətin direktoru Mqer Mirzoyan məlumat verib.
“Hazırda səfir buradadır və biz konsensusa nail olmağa çalışırıq”, - deyən Mirzoyan ətraflı məlumatı sonra verəcəyini açıqlayıb.
Daha əvvəl sosial şəbəkələrdə Hindistandan gələn miqrant işçilərin etiraz əlaməti olaraq İcevanda yolu bağladığına dair görüntülər yayılıb.
Qeyd olunub ki, Hindistandan olan işçilərə maaş verilmir. Lakin sonradan məlum olub ki, etiraz edən 205 nəfərin hamısı rəsmi olaraq işlə təmin olunub, onların üçillik müqavilələri var və maaş borcu yoxdur. Mirzoyan deyib ki, onlar maaşların artırılmasını tələb edirlər.
Tekstil şirkətində həmçinin 170 Ermənistan vətəndaşı da çalışır.