İran və İraq təhlükəsizlik məsələləri üzrə
ANLAŞMA MEMORANDUMU İMZALADILAR

İran və İraq rəsmiləri Bağdadda təhlükəsizlik məsələləri üzrə birgə anlaşma memorandumu imzalayıblar.

 

Teleqraf xəbər verir ki, razılaşma İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi Əli Laricani ilə İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Araci arasında imzalanıb.

 

"Biz İraqla təhlükəsizlik sazişi hazırlamışıq, bu, çox mühüm məsələdir. İranın öz qonşularına münasibəti və mövqeyi iranlıların təhlükəsizliyinin əsas prioritet olmasına əsaslanır, lakin İran qonşu ölkələrin təhlükəsizliyinə də diqqət yetirir", - Əli Laricani mətbuata açıqlamasında deyib.

 

O qeyd edib ki, İranın təhlükəsizliyi onun qonşu dövlətlərinin təhlükəsizliyi ilə qırılmaz şəkildə bağlıdır. Onun sözlərinə görə, İran dost İraqla sıx ticarət əlaqələri saxlayır, eyni zamanda iki ölkə də çox yaxşı səviyyədə əməkdaşlıq edir.

 

Səfərinin məqsədi barədə danışan İran təhlükəsizlik xidmətinin rəhbəri İraqın yüksək rütbəli rəsmiləri ilə görüşlərdə Tehran və Bağdad arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etməyi planlaşdırdığını açıqlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.