Avqustun 15-də Donald Trampla Vladimir Putinin görüşəcəyi ABŞ-ın Alyaska ştatının Ankoric şəhərinin hava məkanı bağlanacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Qeyd olunub ki, rəsmi şəxslərin hərəkəti ilə əlaqədar səma 48.3 km radiusda və 5.5 km yüksəklikdə bağlanacaq.
Məhdudiyyətlər avqustun 16-da aradan qaldırılacaq.
Qeyd edək ki, Donald Tramp avqustun 8-də bildirib ki, cümə günü Alyaskada Vladimir Putinlə görüşməyi planlaşdırır.