Pezeşkian türk adları ilə bağlı QADAĞALARIN LƏĞVİNİ TAPŞIRDI
FOTO

İran Prezidenti Məsud Pezeşkian ölkədə  uşaqlara türk adlarının qoyulmasına tətbiq edilən məhdudiyyətlərlə bağlı başlanılan "Balamın adı" kampaniyasına reaksiya verib.

 

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

 

Məlumata görə, M.Pezeşkian 15 761 nəfərin imzaladığı petisiyanı nəzərə alaraq, İran Vətəndaş Qeydiyyatı İdarəsinə adlarla bağlı qoyulan qadağaların araşdırılması və aradan qaldırılması ilə bağlı göstəriş verib.

 

Xatırladaq ki, bir müddət öncə Azərbaycan türkləri arasında uşaqlara türk adlarının verilməsinin rəsmiləşdirilməməsi ilə bağlı problem yaranmışdı. Bu səbəblə vətəndaşlar "Balamın adı" kampaniyasına start verərək, Prezident Məsud Pezeşkiana, daxili işlər nazirinə və parlament sədrinə açıq məktub ünvanlamışdılar.

 

Təşkilatçılar bildirirlər ki, məqsəd İran qanunvericiliyinin "Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı haqqında" qanunun 20-ci maddəsinin dəyişdirilməsidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.