Gürcüstan Prezidenti Mixail Kavelaşvili Türkiyədə rəsmi səfərdədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Facebook hesabında M.Kavelaşvili özü məlumat paylaşıb.
Onun sözlərinə görə, bu, onun Türkiyəyə ilk rəsmi səfəridir.
Səfər çərçivəsində Gürcüstan lideri ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş gözlənilir.
Xatırladaq ki, M.Kavelaşvili 2024-cü ilin dekabrından Gürcüstan Prezidentidir.