Hakan Fidan xəbərdarlıq etdi: TÜRKİYƏ BUNA SAKİT QALMAYACAQ
VİDEO

“Suriyadakı hadisələrin dinamikasına görə tez-tez görüşürük, bundan narahat olanlar prosesi mənfi yönə çevirməyə çalışırlar”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Həsən Şeybani ilə görüşündə deyib.

 

“Suriyadakı müsbət proseslərdən narahat olanlar var. YPG oyun oynayır, sistemə inteqrasiya olunmaqdan imtina edir və müsbət atmosferi korlayır”, - nazir bildirib.

 

“Yeni Suriya mədəniyyətlərin birgə yaşadığı ölkə olmalıdır. Amma hər ölkə bizimki kimi konstruktiv baxış təklif etmir. Oyunu pozanların başında İsrail durur. İsrail Süveyda hadisələrindən yaranan qaranlıq mənzərənin ən böyük aktorlarından birinə çevrilib”, - deyə H.Fidan vurğulayıb.

 

Nazir qeyd edib ki, Türkiyənin məqsədi regionda üstünlük əldə etmək yox, sülh və sabitliyin bərpasına töhfə verməkdir. Lakin təhlükəsizliklə bağlı narahatlıq yarananda Türkiyə buna sakit qalmayacaq: “Sülhə qarşı gələnlərə xəbərdarlıq edirəm ki, durduğunuz yer düzgün yer deyil. YPG də Türkiyə və bölgə üçün təhlükə yaratmağa dərhal son qoymalıdır. Türkiyənin təhlükəsizlik tələbləri yerinə yetirilmədiyi halda, Suriyada arxayın qalmaq şansımız yoxdur”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.