Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi - VİDEO

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilir.

 

Senzor.az bildirir ki, bunları jurnalistlərə açıqlamasında Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyib.

 

O qeyd edib ki, humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi - 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Bildirilib ki, Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon dollar olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.

 

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon dolları keçib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.