Paşinyan: Vaşinqton sazişi İran və Rusiya üçün də faydalı olacaq

"Düşünürəm ki, Vaşinqtonda imzalanmış saziş İran və Rusiya üçün əhəmiyyətli faydalar təmin edəcək".

 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Fox News”a müsahibəsində deyib.

 

O qeyd edib ki, sənəd icra edildikdən sonra İran Körfəzdən Qara dənizə qədər dəmir yolu ilə çıxış əldə edəcək, Rusiya və İran arasında birbaşa dəmir yolu əlaqəsi mümkün olacaq: "Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu xətti mövcud deyil. Bəyanata əsasən, layihə təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə üçün deyil, həm də Rusiya və İran üçün mühüm və faktiki olaraq misilsiz iqtisadi imkanlar yaradacaq. Bu, beynəlxalq sabitlik və təhlükəsizliyə də töhfə verəcək. Buna görə də bu sazişi bütün ölkələrə, eləcə də bütün beynəlxalq ictimaiyyətə əhəmiyyətli fayda gətirə biləcək çox mühüm sənəd hesab edirəm".

 

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıblar. Bu sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır. Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.