Trampla Putinin görüşü başa çatdı: LİDERLƏR MƏTBUAT KONFRANSI KEÇİRDİLƏR
YENİLƏNİB, VİDEO/ FOTO

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış ediblər.

 

Senzor.az bildirir ki, əvvəlcə Rusiya Prezidenti çıxış edib.

 

O qeyd edib ki, danışıqlar konstruktiv və qarşılıqlı hörmət şəraitində keçib: "Prezident Tramp ilə aramızda çox yaxşı birbaşa əlaqələr qurulub. Biz dəfələrlə və açıq şəkildə telefonla danışmışıq, bildiyiniz kimi, ABŞ Prezidentinin xüsusi nümayəndəsi bir neçə dəfə bizə baş çəkib. Köməkçilərimiz, xarici siyasət idarələrinin rəhbərləri müntəzəm əlaqədə olublar".

 

Vladimir Putin əlavə edib ki, Rusiya ABŞ administrasiyasının və şəxsən Prezident Trampın Ukrayna münaqişəsinin həllinə yardım etmək istəyini görür: "Biz əminik ki, Ukrayna nizamlanmasının davamlı və uzunmüddətli olması üçün dəfələrlə müzakirə olunan böhranın bütün əsas səbəbləri aradan qaldırılmalıdır. Rusiyanın bütün haqlı narahatlıqları nəzərə alınıb, Avropada və bütövlükdə dünyada təhlükəsizlik sferasında ədalətli balans bərpa olunub".

 

Mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət etdiyini də açıqlayıb.

 

ABŞ Prezidenti Donald Tramp da çıxışında vurğulayıb ki, Vladimir Putinlə çox məhsuldar görüşləri olub: “Razılaşdığımız çox, çox sayda məqamlar var idi".

 

"Bir neçə böyük məsələ var ki, hələ tam razılığa gəlməmişik (Ukrayna ilə atəşkəsin əldə olunması məsləsində - red.), lakin müəyyən irəliləyiş əldə etmişik...

 

Bir az sonra NATO-ya zəng edəcəyəm. Münasib hesab etdiyim müxtəlif şəxslərə və əlbəttə ki, Prezident Zelenskiyə zəng edib bugünkü görüş haqqında məlumat verəcəyəm", - deyə ABŞ lideri əlavə edib.

 

**02:54

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış edirlər.

 

Senzor.az xatırladır ki, prezidentlər sinxron tərcümə vasitəsilə anlaşırlar.

**02:28

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş başa çatıb.

 

Senzor.az bildirir ki, görüş 3 saatdan çox davam edib.

 

Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak ediblər.

 

İki ölkə liderinin mətbuat konfransında çıxış edəcəkləri gözlənilir.


**23:44 (15.08.2025)


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.

 

Senzor.az xatırladır ki, danışıqlar “üçün üçə” formatında keçirilir.

 

ABŞ tərəfdən görüşdə Prezident Donald Tramp, dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiya tərəfdən isə Prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov iştirak edirlər. 

Danışıqlar “Elmendorf-Riçardson” hərbi bazasında aparılır. İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıb.

 

Danışıqlar medianın iştirakı olmadan davam edir.





**23:36


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.


**23:14

 

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə, demək olar ki, təyyarələrindən eyni vaxtda eniblər.

 

Liderlər əl sıxışaraq bir-birilərini salamlayıblar. 

Qısa söhbət etdikdən və şəkil çəkdirdikdən sonra onlar eyni avtomobildə görüşün keçiriləcəyi məkana yollanıblar.

**23:06


ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin təyyarələri Alyaskanın Elmendorf-Riçardson bazasına eniş ediblər.


Senzor.az-ın məlumatına görə, Donald Trampın göyərtədə Alyaska senatorları Liza Murkovski və Den Sallivan, həmçinin Alyaska qubernatoru Mayk Danlivi ilə görüldüyü deyilir.

 

Bu, 2021-ci ildən Rusiya ilə Ukrayna arasında müharibədən bu yana Putinlə ABŞ Prezidenti arasında ilk görüşdür.

 

Xəbər verdiyimiz kimi, Ağ Ev Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşünün üç-üç formatında olacağını açıqlayıb. Prezidentə onun xüsusi elçisi Stiv Uitkoff və dövlət katibi Marko Rubio qatılacaq.

 

Ağ Evdən bildirilib ki, genişləndirilmiş iş naharında prezidentə Rubio, Uitkoff, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və Ağ Ev aparatının rəhbəri Syuzi Uayls qoşulacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.