Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşan üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.
Senzor.az bildirir ki, Səbail Rayon Məhkəməsində verilən qərara əsasən, onların hər biri üç ay müddətinə həbs olunub.
Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.
**09:28
Bakıda bir qrup xarici vətəndaş Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.
Senzor.az bildirir ki, yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən xiyabanda qəbuledilməz hərəkətlər etdikləri görünür.
Həmin şəxslər polislər tərəfindən artıq saxlanılıb, hazırda araşdırma aparılır.