Zelenskidən SOCAR-ın Odessadakı neft bazasının vurulmasına REAKSİYA
VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun avqustun 18-nə keçən gecə ölkənin bir sıra ərazilərinə zərbə endirməsinə münasibət bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Zelenski bu barədə “X” hesabında paylaşım edib. 

 

Ukrayna lideri Rusiyanın hücumları nəticəsində Xarkovda 7, Zaporojyedə isə 3 nəfərin həlak olduğunu, daha 20 nəfərin isə xəsarət aldığını deyib.

 

O, həmçinin Odessada SOCAR şirkətinin neft bazasına hücum edildiyini də xatırladıb. Zelenski həmin neft obyektinə hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini vurğulayıb. 

 

Xatırladaq ki, Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum zamanı Odessada SOCAR-ın bazasına zərbə endirilib. 

 

Bundan əvvəl isə, rusiyalı hərbçilər avqustun 7-dən 8-nə keçən gecə SOCAR şirkətinin Odessa vilayətində yerləşən neft bazasına hücum etmişdilər. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə edilən hücum zamanı yanğın baş verib və dizel boru kəmərinə zərər vurulub. Nəticədə şirkətin 4 əməkdaşı ağır yaralanıb. 

 

Onu da bildirək ki, avqustun 10-da V.Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Söhbət zamanı, tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyiblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.